Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hacı Məmmədov işinə görə ömürlük həbs cəzası almış sabiq sədrlə bağlı Ali Məhkəmə qərar verib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə həmin idarənin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən "Qara kəmər" əməliyyatı çərçivəsində tutulub.
Kamil Sədrəddinov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR
Rəylər