Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Arkadi Qukasyandan gecikmiş etiraf: "Böyük Ermənistan" ideyası nağıldır"
Bakı Hərbi Məhkəməsində keçirilən hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesində Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırıb.
Oxu.Az xəbər verir ki, o, prokurorun "Böyük Ermənistan" ideologiyası ilə razısınızmı?" sualına cavabında bu ideyanı nağıl adlandırıb:
"Böyük Ermənistan"la bağlı... Çoxdandır nağıllara inanmıram. "Böyük Ermənistan" ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Bakı Hərbi Məhkəməsinin hakimi vəfat edib
- Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb
- Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü ETİRAF ETDİ
- Ruben Vardanyana "VoMa" terror təşkilatı ilə bağlı suallar ünvanlandı