Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı
Yevlaxda toyda tanışını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı oğlanın məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tahir Abdullayev 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd edək ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda toyda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib. Elmir Abbasov xəstəxanaya aparılırakən yolda ölüb. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, sonradan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham olunub.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Hərbçini qətlə yetirən şəxsə hökm oxundu
- Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR
- Paytaxtda dəhşətli cinayət - 26 il əvvəl törədilmiş qətlin üstü açıldı
- Qaynını qətlə yetirən şəxsin cinayət işi: "Atamı təhqir etdi, mən də vurdum"
- Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU
Rəylər