Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda məktəblinin ölümünün təfərrüatlari
Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.
Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.
Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda “Son Zəng olmayacaq” sözlərini qeyd edib.
16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
- Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı
- Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var"
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI