Bu gün Tovuz rayonunun Alakol kəndində günorta, saat 13:00 radələrində məktəb şagirdi bıçaqlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bıçaqlanan şəxs Tovuz Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Bıçaqlanan şəxsin 11-ci sinif şagirdi Teyyub Nəsib oğlu olduğu bildirilir.
Şagirdin yaxınlarının verdiyi məlumata görə, hadisə müəllimin gözü qarşısında baş verib. Hadisəni iki şəxsin törətdiyi bildirilir. Verilən məlumata görə hadisə iştirakçısı olan 2 nəfərin birində bıçaq digərində soyuq silah olan beşbarmaq olub.
İlkin ehtimallara görə beşbarmaq zərbəsindən sonra bıçaqlanma hadisəsi yerinə yetirilib.