Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Atarejep Agajepbaroviç Saparovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistana ekstradisiya edilib.
Qeyd edək ki, həmin şəxs şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib və bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilmişdi.
"Ekstradisiya" teqi üzrə xəbərlər
- Qohumunu bıçaqlayan futbolçu ölkəsinə ekstradisiya edildi
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu
- Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub
- Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan Azərbaycana ekstradisiyası təmin olunub
- Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir