Tanınmış idmançı Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəyib.
Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.