Bakıda 17 yaşlı orta məktəb şagirdi bıçaqlanıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonundakı 82 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Salmanov Veysəl Ramiz oğlu orta məktəbdə mübahisə edərkən bıçaq xəsarəti alıb.
Onun kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Z.Q.
www.oxu.az