Bakıda 27 yaşlı oğlan bıçaqlanıb.
Oxu.Az lent.az-a istinadən bildirir ki, S.Cəfərov küçəsi 9A-nın qarşısında Rüstəmov Yadigar Arif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə "Azərsutikinti" xəstəxanasına gətirilib.
Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Rüstəmovu bıçaqlayan 1992-ci il təvəllüdlü Elşən Bəndəliyev tutulub.
E.Ə.
www.oxu.az