Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda ana və azyaşlı övladlarını öldürən şəxs saxlanıldı
Bakıda ana və 2 azyaşlı övladını qətlə yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin hadisədən dərhal sonra cinayəti törədən şəxsin müəyyən edilib istintaqa təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilib:
“Həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev az öncə saxlanılıb. İlkin məlumata görə, qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb”.
Qeyd edək ki, fevralın 20-i günorta saatlarında paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq qətlə yetirilib.
Rəylər