Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər
Bakıda quldurluq hadisəsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib. Bir nəfərin 300 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş E.Heydərov, E.Adıgözəlov və A.Məmmədli müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Quldurluq cinayəti" teqi üzrə xəbərlər
- Bakıda qeyri-adi talama hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanıldılar - ANBAAN VİDEO
- Polis qadına qarşı quldurluq edən şəxsi saxlayıb
- Bakıda kafeyə BASQIN: Dəmiri başına çırpıb qarət etdi
- Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verildi
Ən çox oxunanlar