Azərbaycanda Çin vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 26-da Nəsimi rayonu Ş.Əzizbəyov küçəsində yerləşən “Viraj Avenue” ticarət mərkəzinin 5-ci mərtəbəsində qeydə alınıb.
Çin vətəndaşı Çi İyə məxsus “Tiens” dərman şirkətinin baş ofisində olan seyfin qapısını sındırmaq yolu ilə 39 min manat pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən, elə həmin yerin işçisi, Xırdalan şəhər sakini Ziya Manafov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.