Ermənistanın müdafiə naziri Seyran Ohanyan dekabrın 26-da çinli həmkarı Çan Vantsyuanla saziş imzalayıb.
Oxu.Az Media forum saytına istinadən xəbər verir ki, saziş Çinin Ermənistana ildə 5 milyon yuan həcmində hərbi yardım göstərməsini nəzərdə tutur.
1 yuan 0,1292 manata bərabərdir. Seyran Ohanyan Çinə səfərində iki ölkənin hərbi təhsil, hərbi təbabət, hərbi hazırlıq, hərbi-texniki sahələrdə əməkdaşlığı ilə bağlı müzakirələr aparıb.