Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub
Avqustun 26-də saat 4 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya olundu
- Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət ediblər
- Nəsimi Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
- "Tərtər işi" ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər
- Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir