Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, hadisə noyabrın 23-də H.Seyidzadə küçəsində baş verib.
Bu küçədə kirayənişin qismində Elnarə Babayevanın evində yaşayan Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Gülnarə Novruzova tutulub.
Məlumata görə, özünü Nigan kimi təqdim etmiş Novruzova kirayə qaldığı evdən mobil telefon, 1 ədəd qızıl bilərzik və 229 manat oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.