Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda qardaşını bıçaqlayan müharibə iştirakçısına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xəyal Dadaşova şərti cəza verilib.
İttihama görə, hadisə 3 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, hadisə vaxtı Xəyal Dadaşov evdə qardaşı, zərərçəkmiş Uğur Dadaşovla (şərti) axşam yeməyi yeyib. Bu zaman o, zərərçəkmişə masada olan ketçupdan istifadə tərzinə görə irad bildirib. Sonra onların arasında mübahisə yaranıb və Uğur qardaşının baş nahiyəsinə şillə vurub. Bundan əsəbiləşən Xəyal kolbasa doğramaq üçün əlində saxladığı mətbəx bıçağı ilə ona qəsdən bir zərbə endirərək xəsarət yetirib.
Hadisədən sonra Xəyal Dadaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Xəyal Dadaşov 44 günlük Vətən müharibəsində iştirak edib. O, "Vətən müharibəsi iştirakçısı" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
"qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ
- Gənc oğlan anasına xəsarət yetirdi, həbs olundu - TƏFƏRRÜAT
- Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə
- Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı
Rəylər