Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Netanyahu Mayamidə yaşayan oğlundan narahatdır: İranın hədəfi Yairdir?
İsrailin Baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin mühafizəsinin gücləndirilməsini istəyib. Onun fikrincə, Yair İranın hədəfinə çevrilə bilər.
Bu barədə Oxu.Az "The Times of İsrael" qəzetinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Netanyahu Tehranda Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın iyulun 31-də xaricdəki israillilərə qarşı sui-qəsd törədəcəyindən narahatdır. Yair Netanyahu isə 2023-cü ilin martından Mayamidə yaşayır.
Baş nazirin istəyi ilə bağlı sorğu xüsusi xidmət orqanlarına göndərilib. Eyni zamanda, təhlükəsizlik xidmətinin adı açıqlanmayan rəsmiləri bildiriblər ki, Yair Netanyahunun təhlükədə olduğuna dair hər hansı bir əlamət yoxdur və buna görə də İsrail Baş Təhlükəsizlik Xidməti onun mühafizəsini artırmaq niyyətində deyil.
Qeyd edilir ki, İsrail mediasında yayılan bu xəbərlərdən sonra Netanyahunun Ofisi Yairin mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət edilməsini təkzib edib.
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- Ərdoğan Trampın planını TƏNQİD ETDİ: "Türkiyə buna yol verməyəcək"
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- Netanyahu: "Hizbullah" tərksilah edilməlidir"
- İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırıb
- Netanyahu Qəzzada müharibəni dayandırmaq üçün ŞƏRTİNİ AÇIQLADI