Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Sosial şəbəkədə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aprelin 29-da çəkilən videoda həmin şəxsi görən vətəndaşların ona irad tutduğu görünür.
Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.
Hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.