Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Biləsuvarda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlərlə Sahib Abbasov, İlqar Şirinov və Nicat Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı
- Filippinin sabiq prezidenti həbs edildikdən sonra Haaqaya uçdu
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- Dəyənəkli "Polat Alemdar"lar və sayrışan işıqlar...
- Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər