Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yaşayış binasının blokunda narkotik qəbul edən şəxs saxlanıldı
Paytaxtın Yasamal rayonunda binalardan birinin blokunda narkotik qəbul edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Tədbirlərlə 40 yaşlı Elşən Eldar oğlu Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib.
Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotik vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Mütəşəkkil dəstənin 12 üzvü SAXLANILDI - 175 kiloqram narkotik dövriyyədən çıxarıldı
- Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Polis Cəlilabadda əməliyyat keçirdi, 13 kiloqram narkotik vasitə və həblər aşkarlandı
- Həbsxanaya sümüyün içində heroinin keçirilməsinin qarşısı alınıb
- Suriya-Livan sərhədində Bəşər Əsədin əmisi oğlu saxlanılıb