Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC-kodu, SMS vasitəsilə göndərilən OTP-kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 5 000, 1 010, 1 000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
"Kiberdələduzluq (Kibercinayətkarlıq)" teqi üzrə xəbərlər
- "Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
- Sosial şəbəkələr vasitəsilə 52 min manatı ələ keçirən iki nəfər saxlanılıb
- "Google Chrome"da boşluq aşkarlanıb
- İki qardaşın tanışları ilə birlikdə YARIM MİLYARDLIQ məhkəməsində vaxt istənildi
- DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ