Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəməsi başlayıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhim polkovnikin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Tərəflərin razılığı ilə cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.
İlham İbrahimovun sədrlik etdiyi hakimlər polkovnikin həbsdə mühakimə edilməsinə qərar veriblər.
İlk baxış iclası dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvətalma - külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.
Cəlilov xidmətin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.
"Rüşvətalma-rüşvətvermə cinayəti" teqi üzrə xəbərlər
- Azərbaycanda polkovnik rüşvətə görə HƏBS EDİLDİ - MƏHKƏMƏ İŞİ
- Rüşvətə görə həbs edilən polkovnikin yerinə TƏYİNAT
- Azərbaycanda hərbi sahədə rüşvətalma və rüşvətvermə cinayətləri azalıb
- Dövlət əmlakı mənimsənilib? - Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI
- MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar