Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Sürücü maşından düşməməlidir?" - Avtobusların PARKİNQDƏ dayana bilməməsi sual yaratdı
Paytaxtın Xocalı prospektindəki qanuni parklanma ərazisində növbəti sürücü narazılığı yaşanıb.
Belə ki, qanuni dayanacaqda nəqliyyat vasitəsini park edən sürücüyə bildirilib ki, həmin ərazidə avtobus saxlamaq qadağandır.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə geniş müzakirə mövzusu olub.
Belə ki, dayanacaq nəzarətçisi avtobus sürücüsünə çəkisi doqquz tondan çox olan nəqliyyat vasitələrinin həmin dayanacaqda park edilməsinə icazə verilmədiyini bildirib.
"AzParkinq"də kodu yazmışam, vaxt götürmüşəm və balansımdan pul da gedir. Niyə avtobusu burada saxlamaq olmaz? Çəkisi doqquz tondan çox olan nəqliyyat vasitəsini idarə edən sürücü maşından düşməməlidir?" - deyə cərimə barədə xəbərdarlıq alan sürücü AYNA-ya sual ünvanlayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunun müvafiq bəndinə əsasən, nəqliyyat vasitəsinin parklanması üçün təşkil edilmiş parklanma yerlərinin sərhədlərinin pozulması yolverilməzdir.
"Görüntülərdəki avtobus isə üç parklanma yerini tutduğu üçün parklanma qaydalarını pozur", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Maştağada ağaclara QƏNİM KƏSİLDİLƏR: "Gecə məhv edirlər ki, görən olmasın"
- Göygölün Üçtəpə kəndində YOL PROBLEMİ: "Uşaqlar ayaqlarına sellofan geyinirlər"
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR