Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən O.Həsənov polis əməkdaşları tərəfindən tutulub.
Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A.Həsənov da bıçaqlanıb.
Xatırladaq ki, Gəncədə 36 yaşlı R. Həsənov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı araşdırma başlanılıb.
Hadisəni törətməkdə Röyal Həsənovun atası şübhəli bilinir.