Gəncədə küləvi dava baş verib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, dava şəhərin “Depo qəsəbəsi” adlanan ərazisində qeydə alınıb.
Belə ki, bir qrup gənc arasında baş verən davada Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən İlkin Hümbətova tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanıb.
E.Ə.
www.oxu.az