Gəncə şəhərində müəllim bıçaqlanıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Sənan Vəli oğlu Tahirov otağında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Onun şəhərdə fəaliyyət göstərən kursların birinin müəllimi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
A.M.