Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hafiz Babalının həbs müddəti uzadıldı
"Abzas Media" işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Hafiz Babalı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Hafiz Babalının həbs müddəti 2 ay 7 gün uzadılıb.
Qeyd edək ki, "Abzas Media" işi üzrə aparılan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda, direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.
Rəylər