Azərbaycan vətəndaşı olan Yusif Kərimov beynəlxalq axtarışa verilib.
Oxu.Az İnterpolun saytına istinadla xəbər verir ki, Kərimov dələduzluqda ittiham edilir.
Məlumatlara əsasən, 1979-cu il təvəllüdlü Yusif Kərimov məsuliyyətdən qaçmaq üçün Azərbaycan sərhədlərindən kənara çıxdığına görə axtarışa verilib.
Ə.М.
www.oxu.az