Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, Tural Hüseynovun "Report"a verdiyi məlumata görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman preparatları ilə təmin olunmaları və s. olub:
"Başçəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər, Qusar rayonunda saxlanılan terrora cəhddə təqsirləndirilən altı nəfər, axtarışda olaraq İordaniyadan Azərbaycana gətirilən Azər Bağırov, dövlətə xəyanətdə ittihamda təqsirləndirilən İlkin Qəmbərov və digər saxlanılan şəxslərlə görüşlər keçirilib. Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizorlarla və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə iki dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Vəkilləri ilə görüşlərinə şərait yaradılıb. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir".
Tural Hüseynov qeyd edib ki, təcridxana yeni təmirdən çıxdığından saxlanma şəraiti daha da yaxşılaşıb:
"Bütün otaqlarda havalandırma var. Hər kameranın özünün hamam-tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda havalandırmaya çıxarılırlar".

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Reketçilikdə ittiham olunan jurnalistlərə HÖKM OXUNDU
- İcra başçısına qarşı sui-qəsd planı: Bəhruz Əskərovun cinayət işində YENİ TƏFƏRRÜAT
- Əcnəbi casusdan məhkəmədə ŞOK ETİRAFLAR: "Agentləri bura Fransa hökuməti göndərib"
- "İnterAz"ın rəhbəri Mətləb Bağırovun cəzası BƏLLİ OLDU
- DTX İqbal Əbilovun istintaqını bitirdi - Məhkəmə başlayır