Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsmayıllıda oğlu tərəfindən boğazı kəsilən kişi öldü
İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi ölüb.
Oxu.Az-ın məlumatına görə, iyunun 17-də oğlu tərəfindən bıçaqlanan Talıstan kənd sakini, 1968-cı il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
B.Əzizov dünən axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, iyunun 17-də İsmayıllı rayonunun Talıstan kəndi ərazisində kənd sakini, 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov sərxoş vəziyyətdə olan atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayıb. O, atasına qarın və boğaz nahiyəsindən iki zərbə endirib.
Samir Əli
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Samuxda qonşu qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu
- Qusarda qadın qonşu kişi ilə birləşib ərini döyüb öldürdü
- Bakıda qadın göl kənarında xüsusi amansızlıqla öldürüldü: Əri saxlanıldı
- Yandırılmış evdə tapılan qadının qətlə yetirildiyi məlum olub
- Xaçmazdakı qətlin TƏFƏRRÜATI: "Oğul anasından telefon istəyib, vermədiyi üçün bıçaqlayıb"