Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş A.Abdullayev və E.Məmmədov saxlanılıblar.
Onlardan 3 kiloqram 500 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.