Bakıda fəaliyyət göstərən “Brizol” göz klinikasının direktoru Lalə Akif qızı Qurbanovanın evi qarət edilib.
Bu barədə Oxu.Az-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Lalə Qurbanovanın evindən 70 min manat dəyərində 3 brilliant sırğa oğurlanıb. Ev sahibi qiymətli əşyalarının oğurlanmasından aprelin 10-da xəbər tutub.
Araşdırmalar nəticəsində oğurluğu evin xidmətçisi, 53 yaşlı Abşeron rayon sakini A.Əliyevanın törətməsi məlum olub. Əliyeva saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar davam edir.
Ramella İbrahimxəlilova