Sabirabad rayonunda 6 ay əvvəl dünyasını dəyişmiş qadını ərinin qətlə yetirdiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a rayon prokurorluğundan məlumat verilib.
Məlum olub ki, bu ilin mart ayında rayonun Kovlar kəndində ölmüş Şahnisə Muradovanı əri Xanbala Cəfərov boğub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az