Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, B.Əliyev barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham aktına əsasən, “Vedişiraz” MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 min 900 manat pulunu mənimsəyib.
Belə ki, o, şirkətin anbarında olan mərmər daşlarını satıb, lakin pulu MMC rəhbərliyinə verməyib.
Etibar Məmmədov