Sumqayıtda mənzildən oğurluq etmək istəyən şəxs saxlanılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az