Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mərkəzi Bank iş adamını inzibati məsuliyyətə cəlb etdi
Mərkəzi Bank iş adamı Tural Cəfərlini inzibati məsuliyyətə cəlb edib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, iş adamına qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 430.4-cü maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Tural Cəfərli Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-a iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Tural Cəfərlinin iş adamı kimi fəaliyyətinə gəlincə, onun adına Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ildə un idxalçıları haqqında açıqladığı məlumatda rast gəlinir.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Azərbaycanda kreditlərlə bağlı YENİ QAYDALAR: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək?
- Mərkəzi Bankın strukturunda bəzi dəyişikliklər olub
- Mərkəzi Bankda yüksək vəzifələrə TƏYİNATLAR
- Azərbaycan banklarının bayram günlərində iş qrafiki açıqlanıb
- AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqladı
Rəylər