Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı qəsəbə ərazisində gizlədilmiş silah-sursat aşkar edilib.
Məlumatı Nardaran qəsəbəsindəki 42-ci polis bölməsinə qəsəbə sakini Asif Mehdiyev verib.
Məlumat əsasında Sabunçu rayon Polis İdarəsi və 42-ci polis bölməsi əməkdaşları qəsəbənin Tusi küçəsindəki əraziyə baxış zamanı 15 ədəd 9 mm PM markalı tapança patronu və AKM markalı, lüləsi kəsilmiş avtomat aşkar ediblər.
Faktı Sabunçu rayon Polis İdarəsi təsdiqləyərək qeyd edib ki, əməliyyat yanvarın 6-da keçirilib və hələlik faktla bağlı saxlanılan yoxdur.
E.Ə.
www.oxu.az