Neftçala rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məharət İbadovun həyətindən “AK-74” markalı silah, 60 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az