Azərbaycanda dəhşətli cinayət hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qətl hadisəsi iyulun 8-də qeydə alınıb.
Tovuz rayonu ərazisində Əli Vəliyev yaşadığı evdə münaqişə zəminində anası Tamella Quliyevanı bıçaqla qətlə yetirib.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Vəliyev tutulub.