Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları insan alverinə qarşı əməliyyat keçiriblər.
DİN-dən Oxu.Az-a daxil olan məlumata görə, əməliyyat nəticəsində Ağdam rayon sakini Elnur Rafiqov Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyduğuna görə tutulub.