İki kiloqram ağ civəni metronun “Koroğlu” stansiyası yaxınlığında beş min ABŞ dollarına satan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev iki kiloqram ağ civəni metronun “Koroğlu” stansiyası yaxınlığında beş min ABŞ dollarına satarkən tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
S.B.
www.oxu.az