Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən şəxsləri müəyyənləşdirib.
Oxu.Az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakini Sevinc Vəliyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə, Ağdam şəhər sakini Qafur Bağırovun qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.