Gəncə şəhərində törədilmiş qətl hadisəsinin üstü açılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 8-də saat 12:00 radələrində şəhərdəki çay evində 20 yaşlı Aytac Əziminin qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Həmin gün kafeyə gələn ofisiant qızın kiçik qardaşı, 1996-cı il təvəllüdlü Qədimov Ülfət Mehman oğlu bacısına bıçaqla çoxsaylı zərbələr endirib. Xəstəxanaya aparılan A.Əziminin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.