Qaxda 21 yaşlı gəncin bıçaqlanması faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, rayonun İlisu kənd qeydiyyatında olan 2003-cü il təvəllüdlü Yusif Elmar oğlu Danyel qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Y.Danyel cərrahiyyə əməliyyatı olunandan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 15 yaşlı E.Muxtarov saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı baş verdiyi bildirilib.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Rəylər