Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi başlayıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdirilir.
Qeyd edək ki, yanvarın 17-də başlayan hazırlıq iclasında Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.
İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclasının yanvarın 27-də davam etdirilməsinə qərar verilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
"Ruben Vardanyan" teqi üzrə xəbərlər
- Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəmə iclası keçirilib
- Ölkəmizə qarşı çox sayda cinayət törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclası baş tutub
- Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib
- Ruben Vardanyan, Arayik Arutyunyan və digərlərinin məhkəməsində dövlət ittihamını müdafiə edənlər açıqlandı
- BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib