Rusiyanın Zabaykalye vilayətinin Xilok rayon məhkəməsi narkotik satışında ittiham edilən Azərbaycan vətəndaşını və İrkutskdan olan sahibkarı 8 və 11 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az interfax-russia.ru-ya istinadən xəbər verir ki, bu barədə şərqi Sibir Nəqliyyat Nazirliyinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə müəyyənləşdirib ki, 2012-ci ilin noyabrın 12-də onlar satış məqsədi ilə Omskdan Xabarovska 3,4 kq narkotik vasitələrin qarışığını sərnişin qatarında gətiriblər. Qarışığın tərkibində heroin də olub, onlar Xilok dəmiryol vağzalında saxlanılıblar”, - məlumatda bildirilir.
2014-cü ildə bu cinayəti törətdikləri üçün mütəşəkkil cinayətkar qrupun daha iki üzvü üç il müddətinə azadlıqdan məhrum edilib, onlarla məhkəməyə qədər əməkdaşlıq razılaşması bağlanılıb.