Rusiyada polisə qarşı güc tətbiq edən 34 yaşlı azərbaycanlını mühakimə ediblər, Oxu.Az “Novosti Voroneja”ya istinadən xəbər verir.
Azərbaycanlı Rusiya ərazisindən çıxarılmalı idi. O, Staraya Veduqa kəndinin Federal Miqrasiya Xidməti İdarəsinin xüsusi müəssisəsində saxlanılırdı.
Sentyabrın 30-da o, qardaşı ilə törətdikləri qanunsuz davranışın qarşısını almaq üçün gələn asayiş keşikçisinə və administrasiya əməkdaşlarına qarşı güc tətbiq edib.
Polis əməkdaşı ondan qanunsuz davranışına son qoymağı tələb edib. Cavab olaraq isə xarici vətəndaş bir neçə dəfə onu əli ilə vurub, daha sonra isə metal kətil ilə üzünə və gövdəsinə zərbə vurub.
Azərbaycanlını 216 dollar cərimə ediblər.