Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rüşvətə görə həbs edilən hərbi komissara ağır cəza tələb edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror R.Ağayevin verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Hakim Rafiq Abbasov vəkilə müdafiə çıxışına hazırlanması məqsədilə avqustun 27-nə kimi vaxt verib.
Qeyd edək ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)" teqi üzrə xəbərlər
- Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
- Səfərbərlik Xidmətinin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
- Xətai rayonunda Aprel döyüşlərinin şəhidlərinin xatirəsi anılıb
- Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin həbsdə olan sabiq rəisinə hökm oxunub