Saatlıda kişi intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Saatlı şəhər sakini, 1979-cu il təvəllüdlü Quliyev Saləddin Qəhrəman oğlu fevralın 9-da gecə saat 22:00 radələrində yaşadığı evdə sol biləyini kəsərək intihar edib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğuna məlumat verilib.
Hazırda hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.
Aqil Vəlili