Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1 154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi Mikayıl Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.